27
16:32
29 İyun 2016

Bakıda bıçaqlanmada şübhəli bilinən iki nəfər tutuldu

Bakıda bıçaqlanma hadisəsi baş verib. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Xətai RPİ 37-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 26-da Bakı şəhər sakini Fəqan Rəşidova bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən paytaxt sakinləri Anar Qafarov və Pərvin Əliyev tutulublar.

Araşdırma aparılır.