39
14:21
28 İyun 2016

Qazilər 30 iyun Sevgililər Gününü qeyd edib

Bu gün Azərbaycan Vətən Müharibəsi Veteranlar Birliyinin Səbayel rayon təşkilatının ofisində Qarabağ Qazilərinin, veteranlarının təşəbbüsü ilə 20 Yanvar şəhidləri İlhamla Fərizənin toy günü - 30 iyun Sevgililər Günü qeyd edilib.

Lent.az -ın məlumata görə, tədbirdə ictimaiyyət nümayəndələri və tanınmış jurnalistlər də iştirak ediblər.

İştirakçılar əvvəlcə Şəhidlər Xiyabanında İlham və Fərizənin məzarını ziyarət edərək gül dəstələri qoyublar.

Tədbiri tanınmış jurnalist İlham Tumas aparıb. Millət vəkilləri Fəzail İbrahimli, Qənirə Paşayeva, Aydın Mirzəzadə, Aydın Əliyev, Aqil Abbas, xalq şairi, publisist, xalq hərəkatının tanınmış nümayəndələrindən biri Sabir Rüstəmxanlı çıxış edərək bu gün haqqında tədbir iştirakçılarını məlumatlandırıb. Qiraət ustası Ağalar Bayramov da tədbirdə iştirak edib ürək sözlərini şeirlə söyləyib

Daha sonra İlham Tumasın müəllifi olduğu film təqdim edildi. Tədbrdə ictimaiyyət nümayəndələri və tanınmış jurnalistlər də iştirak edirdilər.

Onu da qeyd edək ki, 2000-ci ildən başlayaraq, "Xural" qəzetinin təşəbbüsü ilə Azərbaycanda hər il 30 iyun 20 Yanvar şəhidləri - İlham və Fərizənin toy günü sevgililər günü kimi qeyd edilir.