28
12:05
28 İyun 2016

Xatirə İslam özündən çıxdı: "Ortadan çatlayın!"

Müğənni Xatirə İslam sosial şəbəkədə ünvanına yazılan sözlərə sərt reaksiya verib.

Ailəsi ilə birgə Çexiyanın Karlovı Varı şəhərində dincələn müğənni Xatirə İslam sosial şəbəkədə ona tənqid yazanlara əsəbiləşib. Lent.az -ın məlumatına görə, ifaçı yeni çəkilmiş fotolarını paylaşaraq bu fikirləri yazıb: “Öz profilimdə şəkil paylaşıram, bəzi boş-bekar səviyyəsizlər bura nə gəldi rəy yazmasınlar. Mən şəkil paylaşıram, siz bir-birinizi qırırsınız. Dünyanın heç yerində belə şey yoxdur. Mənə maraqlıdır heç bir sənət sahibinin gəzməyi, kefi sizi qıcıqlandırmır. Yalnız müğənnilər daş olub bəzi murdarların başına düşüb. Elə ortadan çatlayın. Allah bilir kimə nə verir. Atın bu paxıllığı içinizdən. Allahın məsləhətinə şükür. Qəlbinizi təmiz tutun, inanın hər işiniz düzələcək” .