35
10:59
28 İyun 2016

Bakıda dəhşət: 9 yaşlı qız yelləncəkdə öldü - YENİLƏNİB

İyunun 26-da Bakıda azyaşlı qızın yelləncəkdə ipin boğazına dolaşması nəticəsində boğularaq ölməsi hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb. Lent.az -ın məlumatına görə, Qaraçuxur qəsəbəsindəki fərdi yaşayış evinin bağçasında 9 yaşlı Arzu Hacıyeva bədbəxt hadisə ilə üzləşərkən onun valideynləri evdə olmayıb. Həmin vaxt onun nənəsi və babası evdə imiş bağçada oynayan A.Hacıyevanın gəlmədiyini görən nənəsi həyətə düşərək onu axtarmağa başlayıb. Qadın evin qarşısında qızı tapmadıqdan sonra arxa bağçaya keçib və burada dəhşətli mənzərə ilə üzləşib. Nənə-babası 9 yaşlı Arzuya kömək etmnək istəsə də artıq gec olub.

Faktla bağlı araşdırma aparılır.

*****

27 iyun

Bakıda azyaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb.

Lent.az -ın DİN-in saytına istinadən verdiyi məlumata görə, iyunun 26-da Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində, azyaşlı Arzu Hacıyeva evlərinin həyətində oynayarkən yelləncəyin ipi boynuna dolandığından boğulub.

Faktla bağlı araşdırma aparılır.