65
12:34
29 İyun 2016

Yol polisinin Sumqayıtda törətdiyi qəza ilə bağlı DİN MƏLUMAT YAYDI

Daxili İşlər Nazirliyi Sumqayıt şəhərinin Sülh küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb. Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, iyunun 26-da saat 21 radələrində Sumqayıt şəhərinin Sülh küçəsində Ramil Tahirovun idarə etdiyi “Hyundai” markalı və şəhər sakini Şəmsəddin Nəcəfovun 3 saylı xətt üzrə idarə etdiyi “İsuzu” markalı avtomobillər toqquşub. Nəticədə R.Tahirov və sərnişinlərindən Əzizə Əzimova hadisə yerində ölüb, digər 2 sərnişini isə xəstəxanaya yerləşdirilib.

*****

27 iyun

Sumqayıt şəhərində ağır yol qəzası baş verib.

Lent.az -ın azvision.az-a istinadən məlumatına görə, dünən axşam saat 10 radələrində Sumqayıt şəhərinin girişində `Hyundai Azera` markalı avtomobil 3 nömrəli marşrut avtobusuna çırpılıb.

Avtomobildə olan 4 nəfərdən 3-ü hadisə yerində keçinib. Məlumata əsasən qəzanı törədən sürücü əslən Zəngilan rayonundan olan yol polisi baş serjantı Ramin Tahirovdur. O, Sumqayıt şəhər Dövlət Yol Polisi Şöbəsində işləyirmiş.

Qəza baş verən zaman onun avtomobilində dostu və iki qadın olub. Ramin Tahirovla yanaşı həmin qadınlar da qəza zamanı həlak olub. Dostu isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.