37
18:56
26 İyun 2016

Usta 1500 manat aldı, iş görmədi – BAKIDA

Ağcabədi sakini Bakıda üzləşdiyi dələduzluq əməli ilə bağlı polisə müraciət edib. Lent.az -ın məlumatına görə, 1965-ci il təvəllüdlü Güləliyev Zakir Güləli oğlu 102 xidmətinə müraciət edərək bildirmişdir ki, mayın 5-də Anar adlı şəxsə 1500 manat pul verib. Usta kimi fəaliyyət göstərən həmin şəxs Z.Güləliyevin Badamdar qəs. 1-ci yaşayış massivindəki nömrəsiz evini təmir etməli olsa da, vədinə əməl etməyib.

Şikayətçi məsələyə hüquqi qiymət verilməsini xahiş edib.