28
11:11
26 İyun 2016

Bakıda dəhşətli hadisə: 30 yaşlı qadın öldü

Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Lent.az -ın məlumatına görə, Qaradağ rayonu Lökbatan qəsəbəsində 30 yaşlı Gültəkin Səfərova binanın 4-cü mərtəbəsindən yıxılaraq ölüb.

İlkin araşdırma zamanı məlum olub ki, hadisənin baş verdiyi ev G.Səfərovanın anasına məxsus olub. Onlar evi yeni alıbmış və G.Səfərova anasını görmək üçün gəlib. O, anasıgildə qonaq olarkən yuduğu paltarları eyvanda sərməyə çıxıb və burada ehtiyatsızlıqdan yıxılıb. Ağır xəsarətlər alan qadın hadisə yerindəcə vəfat edib.

30 yaşlı qadının 2 azyaşlı övladı qalıb.

Faktla bağlı araşdırma aparılır.