27
15:50
25 İyun 2016

12 evi soyan cinayətkar dəstə tutuldu

Oğurluq etdiklərinə görə tutulmuş 5 nəfərin başqa əməlləri də ortaya çıxıb.

DİN-in mətbuat xidmətindən Lent.az -a verilən məlumata görə, oğurluq etdiklərinə görə iyunun 23-də tutulmuş Əliyusif Fərəcovun, Ruslan Hüseynovun, Ələkbər Hüseynovun, Əlvan Zeynalovun və Orxan Zeynalovun ətrafında Sabunçu RPİ 13-cü PB əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onların ötən il fevralın 11-dən cari il aprelin 13-dək olan müddətdə daha 12 evdən pul, qızıl və məişət əşyaları oğurlamaları da müəyyən edilib.