34
13:36
25 İyun 2016

Ruhi xəstə 6 avtomobili yandırdı - GƏDƏBƏYDƏ

Gədəbəydə 6 avtomobil yanıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə ötən gecə rayonun Şınıx bölgəsində yerləşən Arabaçı və Zamanlı kəndlərində qeydə alınıb. Gədəbəy rayon Yanğından Mühafizə Hissəsindən bildirilib ki, kəndlərdə “QAZ-53”, “Uaz”, “VAZ-2106” və “Zil-130” və iki ədəd “Niva” markalı avtomobillər müxtəlif dərəcədə yanıb. Avtomobillərdən yalnız “Qaz-53” tam yanaraq sıradan çıxıb.

Gədəbəy rayon Polis Şöbəsindən verilən məlumata görə, yanğını 1991-ci il təvəllüdlü Novruz Vəliyev törədib. Onun ruhi əsəb xəstəliyindən əziyyət çəkdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.