36
11:50
25 İyun 2016

3 nəfər arasındakı münaqişə ölümlə nəticələndi


İyunun 24-də Qusar rayonunun Kuzun-qışlaq kəndində şəhər sakini, əvvəllər məhkum olunmuş Əzizulla Məmmədovun üzərində zorakılıq əlamətləri olan (boğulma üçün xarakterik) meyiti tapılıb.

DİN-in mətbuat xidmətindən Lent.az -a verilən məlumata görə, Ə.Məmmədovun elə münaqişə zəminində həmyerliləri tərəfindən öldürüldüyü bəlli olub.

Qusar RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən rayon sakinləri İmran Bədirov və Sadiq Əmiraslanov tutulublar.