56
23:30
24 İyun 2016

ABŞ-da daşqınlar: 14 ölü

ABŞ-ın Qərbi Virciniya ştatında yağan şiddətli yağışlar daşqınlara səbəb olub.

APA-nın TASS agentliiynə istinadən verdiyi xəbərə görə, təbii fəlakət nəticəsində 14 nəfər ölüb.

Bu barədə ştatın qubernatoru Rey Tomblin keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, hadisə yerində irimiqyaslı axtarış-xilasedici əməliyyat davam edir.