88
14:58
24 İyun 2016

Ən çox sevdiyiniz Azərbaycan filmi hansıdır? - SORĞU

"Qaynana", "Axırıncı aşırım", "O olmasın, bu olsun", "Yol əhvalatı", "Bəxt üzüyü"... Və adlarını sadalaya bilmədiyimiz, sevilən neçə-neçə Azərbaycan filmləri...
Hər birinin özünə uyğun reytinqi və izləyici kütləsi var. Bu filmlər təkcə aktyorların peşəkar oyununa görə deyil, həm də rejissor işinə görə sevilir və indiyə kimi də böyük maraqla izlənilir.
Bakı sakinləri arasında sorğu keçirib "Ən çox sevdiyiniz Azərbaycan filmi hansıdır?" sualına cavab aradıq.
- Azərbaycan filmlərinin hamısı yaxşıdır. Ən çox bəyəndiyim "Ulduz"dur, "O olmasın, bu olsun", "Bəyin oğurlanması", "Əhməd haradadır?" filmləridir.
- Saydıqlarına şərikəm. "Gün keçdi" xoşuma gəlir.
- Sevmədiyim yoxdur. "Əhməd haradadır?", "Bəyin oğurlanması", "Arşın mal alan". Baxdıqlarım çoxdur.
- "Əhməd haradadır?", "Şərikli çörək", "Yenilməz batalyon".
- Qəşəng filmlərimiz var. "Dədə Qorqud", "Arşın mal alan" qəşəng filmlərdir. "O olmasın, bu olsun". Hamısı qəşəngdir. Bizim filmlərimiz çox filmlərdən yaxşıdır.
- "Arşın mal alan". O qədərdir ki, indi yadımızdan çıxıb.
- Hamısı yaxşıdır. Hər biri yadda qalandır. "Dəli Kür", "Böyük dayaq", "O olmasın, bu olsun".
- "7 oğul istərəm". Yadda qalan filmlərdir hamısı. "Dağlarda döyüş" çox gözəl filmdir.
- "Dədə Qorqud", "7 oğul istərəm"... İndi yadıma düşmür.
- "Axırıncı aşırım", "O olmasın, bu olsun", "7 oğul istərəm". Ümumiyyətlə, Azərbaycan filmlərinin hamısını izləyirəm, xoşuma gəlir.
- Ən sevdiyim film "Əhməd haradadır?", "Uzaq sahillərdə" filmidir. Hamısı gözəldir Azərbaycan filmləri.
- Ən sevdiyim Azərbaycan filmi "O olmasın, bu olsun", "Ögey ana".
- "Qaynana" filmi. Ona görə ki, gəlinlə qaynanın arası yaxşı olmur. Görürsən yaxşı gəlini evdən qovlayır, pisi çıxır qabağına. Buna görə xoşuma gəlir ki, qaynanalar gəlinin qədrini bilməlidir. Bir də "Axırıncı aşırım" filmini sevirəm.
- Hamısına böyük məmnuniyyətlə baxırıq. "Böyük dayaq", "Ögey ana, "Axırıncı aşırım".
Şəhər sakinləri deyir ki, indi bu cür filmlər çəkilmir. Bunun səbəbini isə müxtəlif cür izah edirlər:
- İndikilərdən maraqlı gələn yoxdur. Yəqin rejissorlar yaxşı deyil.
- Demək olar ki, 90-cı illərə qədər normal olub filmlər, sora çəkmədilər.
- Sadəcə olaraq yeni filmlər çəkilmir indi. Aktyor, aktrisa azdır yəqin, indi çəkilmir.
- İndi heç izləmirəm Azərbaycan filmlərini. İndi heç film çəkilmir.
- İndi heç film çəkmirlər. Məncə rəqabətə davamlı, Amerika ilə rəqabətə gələ bilən rejissorumuz, aktyorumuz yoxdur. Mövzu da başqadır. Camaatın əhval-ruhiyyəsinə uyğun çəkirlər də. Bir də yəqin çoxlu pul lazımdır onu çəkməyə.
- İndi çəkə bilmirlər. Məni qane etmir o filmlər.
- Keçmiş filmləri sevirəm, indikilər xoşuma gəlmir. Rejissorlar zəifdir.
Aktyor hər zaman güclü ola bilər.
- İndi yaxşı film yoxdur, aktyor azdır, rejissorlar var, şərait yoxdur.
- Arada çəkirlər, amma o keyfiyyətdə deyil. İndi məktəb başqadır, maraqlar başqadır, bəlkə biz köhnədən qalmışıq. Uşağı məcbur edirəm gəl otur "Ögey ana"ya bax. Bir az baxır durur, amma mən axıra kimi baxıram.