35
11:16
24 İyun 2016

Aliment vermək istəməyən ata arvadını və övladlarını BALTALADI

Cəlilabad rayonunda ailə cinayəti baş verib. Lent.az -ın admiral.az-a istinadən məlumatına görə, Muğan kəndində İsgəndər Əliyev adlı sakin axşam saatlarında keçmiş həyat yoldaşının evinə gəlib. Üzərindəki balta ilə o keçmiş həyat yoldaşı Şamama Qürbətovaya və 12 yaşlı övladı Səid Əliyevə baş nahiyəsindən zərbələr endirib. Ardınca o böyük oğlu Fəridlə əlbəyaxa olub. Qəzəblənmiş ata 17 yaşlı övladını boğmağa çalışsa da, Fərid atasının əlindən xilas olaraq bayıra qaçıb. Evdəki qışqırıq səsinə qonşuların gəldiyini görən İsgəndər Əliyev evdən qaçıb.

Yaralılar qonşular tərəfindən xəstəxanaya çatdırılıblar.

Bir müddət əvvəl də İsgəndər Əliyev böyük oğlu Fəridə bıçaqla xəsarət yetirib.

Hadisənin səbəbinə gəlincə, rəsmi formada arvadından boşanmış İsgəndər Əliyev övladları üçün nəzərdə tutulan aliment pulunu ödəmirmiş. Bu da tərəflər arasında narazılıq yaradıb.

Hazırda polis cinayəti törədən şəxsin tutulması istiqamətində əməliyyat axtarış tədbirlərini davam etdirir.