32
15:25
24 İyun 2016

Bakıda AİLƏ FACİƏSİ: 3 uşaq yetim qaldı - YENİLƏNİB

Səbail rayonunun Bayıl qəsəbəsində baş vermiş qətl hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb. Lent.az -ın məlumatına görə, dünən saat 19:30 radələrində Gülbala Əliyev küçəsi 13 ünvanında 34 yaşlı həyat yoldaşı Cəlalə Abbasovanı qətlə yetirən 45 yaşlı Müzəffər Piriyev əvvələr də məhkumluq həyatı yaşayıb və sonuncu dəfə 2001-ci ildə narkotik maddələrin qanunsuz dövriyyəsinə görə həbs edilib və 1 il həbsxanada qaldıqdan sonra azadlığa çıxıb. Bundan sonra C.Abbasova ilə evlənən M.Piriyev narkotik vasitələrdən istifadə etməyə davam edib.

Dünənki qətlə gəlincə, araşdırmalar nəticəsində M.Piriyevin arvadını başından stəkanla vuraraq öldürdüyü üzə çıxıb. İlkin məlumatda qadının boğularaq qətlə yetirildiyi bildirilsə də, sonradan məlum olub ki, M.Piriyev arvadının başına sərt materiallı stəkanla güclü zərbələr endirib və onun ölümünə əmin olduqdan sonra birbaşa olaraq polis bölməsinə gedib.

45 yaşlı kişinin həyat yoldaşını konkret hansı səbəbdən qətlə yeriməsi isə hələlik tam aydın deyil.

Ailənin 3 övladı qalıb.

Faktla bağlı başlanmış cinayət işinin istintaqı davam etdirilir.

*****

10:09

Bu gecə Bakıda qətl hadisəsi törədilib. Lent.az -ın məlumatına görə, Səbail rayonu, Gülbala Əliyev küçəsi 13 ünvanında yaşayan 1971-ci il təvəllüdlü Piriyev Müzəffər Zərintac oğlu ailə məişət münaqişəsi zəminində həyat yoldaşı, 1982-ci ildə anadan olmuş Abbasova Cəlalə Yaşıl qızını boğaraq öldürüb.

Hadisədən sonra Müzəffər Piriyev özü polisə gələrərək hadisə barədə məlumat verib.

Qeyd edək ki, M.Piriyev əvvəllər də məhkumluq həyatı yaşayıb.