27
21:08
23 İyun 2016

Prezident hakimin iş yerini dəyişdirdi

Tərtər Hərbi Məhkəməsinin hakiminin iş yeri dəyişdirilib.

Lent.az -ın prezidentin saytına istinadən verdiyi xəbərə görə, Azərbaycan prezidenti İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən, Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınaraq, Elbəy Hidayət oğlu Allahverdiyev Tərtər Hərbi Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı Hərbi Məhkəməsinin hakimi təyin edilib.