47
22:33
22 İyun 2016

Pirallahıda 1 nəfər dənizdə itkin düşdü

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Pirallahı rayonunda dənizdə 1 nəfərin qayıqdan suya düşməsi barədə məlumat daxil olub.

Lent.az -ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, dərhal nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və vətəndaşın axtarışlarına başlanılıb.

Əlavə məlumat veriləcək.