66
14:25
22 İyun 2016

Rəqsanə çimərlik geyimində: "Ürəyi zəif olanlar..." - FOTOLAR

Müğənni Rəqsanə İsmayılova növbəti dəfə sosial şəbəkədə diqqət mərkəzinə düşüb. Lent.az -ın məlumatına görə, ifaçı çimərlik geyimində fotolarını paylaşıb.

Onun yeni fotoları tənqid atəşinə tuş gəlib. İfaçı isə tənqidlərə bu cür şərh verib: “Kimin xoşu gəlmir, baxmasın. Siz dənizdə yəqin ya kürk, ya da palto geyinirsiniz. İstirahət edirəm, mənə belə xoşdur. Mənim dərdimi çəkmək sizə qalmayıb. İstəməyən baxmasın. Ürəyi zəif olanlar dərman içsinlər”.