33
13:17
22 İyun 2016

Sankt-Peterburqda yerlisini öldürən azərbaycanlı: "Düşmənçiliyim vardı"

“Mən Maarifi kiminsə sifarişi ilə öldürməmişəm. Mənim onunla şəxsi düşmənçiliyim vardı”. Lent.az -ın Rusiya KİV-ə istinadən məlumatına görə, bu sözləri bir qədər əvvəl Rusiyanın Sankt-Peterburq şəhəri Oktyabrsk rayon məhkəməsində keçirilən iclasında Emil Hüseynov deyib.

Xatırladaq ki, iki gün əvvəl adıgedən şəhərin Sofiysk bazarında Emin Hüseynov Maarif İsmayılov adlı başqa bir azərbaycanlını qətlə yetirmişdi. Amma Emil uzağa qaça bilməmiş, elə bazardakı ticarətçilər tərəfindən tutularaq polis təhvil verilmişdi.

Dünən əksər Rusiya KİV-i qətlin sifarişli olduğu və buna görə Emilə 10 milyon rubl (təxminən 155 min dollar) pul vəd edildiyi barədə məlumat yaymışdı.

Bu gün Oktyabrsk rayon məhkəməsi Emil barədə həbs qət imkan tədbiri seçib.

Emilin vəkilinin jurnalistlərə dediyinə görə, o, etdiyi əməldən peşmandır.