37
13:11
22 İyun 2016

Şadlıq sarayında cinayət törədəni həbs etdilər

Şadlıq sarayından oğurluq edən şəxsin kimliyi müəyyənləşib.

Lent.az -ın DİN-in saytına istinadən məlumatına görə, oğurluq etdiyinə görə tutulmuş A.Bəşirovun digər oğurluq hadisələrini törətməsi də müəyyən edilib.

Oğurluq etdiyinə görə iyunun 12-də tutulmuş Altay Bəşirovun ətrafında Xəzər RPİ 1-ci PB əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun cari il fevralın 10-dan aprelin 1-dək olan müddətdə 3 evdən və 1 şadlıq sarayından pul, inşaat materialları, təmir-tikinti aləti və məişət əşyaları oğurlaması da müəyyən edilib.