33
05:29
22 İyun 2016

Ukraynada 500-dən çox şəxs zəhərləndi

İzmail şəhərinin xəstəxanalarına zəhərlənmə əlamətləri ilə yerləşdirilən şəxslərin sayı 500-ə çatıb.

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə şəhərin meri Andrey Abramçenko bildirib.

“İyunun 21-i saat 18.00-a olan məlumata əsasən, İzmail xəstəxanalarına bağırsaq infeksiyası əlamətləri ilə, 297 nəfəri uşaq olmaqla, 505 şəxs daxil olub”, - deyə Abramenko bildirib.

Abramçenko, onlardan 73 nəfərinin son gün ərzində daxil olduğunu bildirərək, bunun yüksək çox təhlükəli göstərici olduğunu qeyd edib.