25
02:28
22 İyun 2016

Ailəsini güllələyib Meksikaya qaçan kişi tutuldu

ABŞ-da öz ailəsini öldürüb Meksikaya qaçan kişi Sonora ştatında saxlanılıb.

Modern.az xarici mediaya istinadən bildirir ki, onun həbsi İnterpolun sorğusu əsasında aparılıb, indi onun ABŞ-a ekstradisiya təhlükəsi var.

Şübhəli Xuan Vileqas ehtiyatsızlıqdan özünə xəsarət yetirdikdən sonra yaralı vəziyyətdə sığındığı Ermosilyo şəhərinin hospitalında yaxalanıb.

O, Nyu-Meksikodakı evində arvadını və 4 qızını güllələdikdən sonra qonşu ölkəyə qaçıb. Polisdən verilən məlumata görə, Xuan ailəsini qətlə yetirdiyini kamera ilə çəkib, sonradan avtomobili ilə naməlum istiqamətə gedib.