23
20:28
21 İyun 2016

32 maşından akkumyator oğurlayan şəxs tutuldu

Abşeron polisi avtomobillərə qənim kəsilən şəxsi həbs edib.

Musavat.com xəbər verir ki, əməliyyatçılar Abşeron və Binəqədi rayonu ərazisindən yük maşınlarından akkumlyatorları oğurlayan Seymur Əliyevi iş başında yaxalayıblar. Binəqədi rayon sakini olan 32 yaşlı Seymur ilk oğurluğu yaşadığı ərazidən etdiyini deyir. Əsasən gecə saatlarında yol kənarında dayanan yük maşınlarına yaxınlaşan Seymur oğurluğu tək törətdiyini bildirib.

Seymur oğurladığı akkumlyatorları yaşadığı evin yaxınlığındakı yarımtikilidə saxlayıb. O, daha sonra “qənimət”ləri metal qəbulu məntəqələrinə satıb

Hər 3-4 gündən bir oğurluqlarını davam etdirən Seymur qısa müddət ərzində 32 avtomobildən akkumlyator aparıb.