22
12:24
20 İyun 2016

Qəzada yaralanmış sürücü 17 gün yaşadı

Tovuz rayonunda yol qəzası zamanı yaralanan şəxs vəfat edib. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, iyunun 1-də Tovuz şəhərində şəhər sakini Fəyyaz Nuriyev idarə etdiyi “VAZ-2109” markalı avtomobili aşırıb. Xəstəxanaya yerləşdirilmiş sürücü iyunun 17-də orada ölüb.

Tovuz RPŞ tərəfindən araşdırma aparılır.