38
11:33
20 İyun 2016

Azərbaycanda yol terroru: 5 ölü, 13 yaralı

Bazar günü Azərbaycan yollarında baş vermiş avtomobil qəzaları nəticəsində 5 nəfər həyatını itirib. Lent.az xəbər verir ki, dünən ölkə yollarında ümumilikdə 10 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə dünyasını dəyişən 5 nəfərdən başqa 13 nəfər də yaralanıb.

Ölümlə nəticələnən qəzalardan ikisi Bakının Sabunçu rayonunda qeydə alınıb. Burada avtomobillər 2 piyadanı vuraraq öldürüb. Oğuzda isə "VAZ 2101" markalı avtomobilin ağaca çırpılması 77 yaşlı kişinin və 55 yaşlı qadının ölümünə səbəb olub. Bundan başqa Bakı-Sumqayıt yolunda avtomobilin beton maneəyə çırpılması da insan itkisi ilə nəticələnib.

Hər bir faktla bağlı araşdırma aparılır.