33
16:34
19 İyun 2016

Bakıda stomatoloqun evini taladılar - 38 qızıl diş, 10 min manat...

Bakıda diş həkimi Eyyub Ələsgərovun evi qarət olunub. Lent.az anspress-ə istinadən xəbər verir ki, naməlum şəxslər həkimin evindən 38 qızıl diş aparıblar.

Oğrular 48 yaşlı həkimin Binəqədi rayonundakı evinə pəncərədən daxil olublar. Hadisənin saat 14:30 - 21:00 arası, evdə heç kim olmadığı zaman törədildiyi ehtimal olunub.

İmplantlardan əlavə oğrular 10 min manat, dəyəri 3,15 min manat olan 7 qızıl sikkə aparıblar.

Hadisəni törədənlər aradan çıxa biliblər, polis araşdırmanı davam etdirir.