22
13:56
19 İyun 2016

Bakıda "Mercedes"in güzgüsünü və buferini oğurladılar

Bakıda avtomobildən oğurluq edilib. Lent.az -ın məlumatına görə, 6-cı mikrorayon Şövkət Məmmədova küçəsində Əhliman Hüseynova məxsus "Mercedes" markalı avtomobilin sağ yan güzgüsü və buferi naməlum şəxs tərəfindən oğurlanıb.

7-ci Polis Bölməsinə müraciət edən Ə.Hüseynov hadisənin gecə saatlarında baş verdiyini bildirib.

Faktla bağlı araşdırma aparılır.