29
07:22
19 İyun 2016

Salyanda "tok" 63 yaşlı kişini öldürdü

Salyan rayonunda 63 yaşlı kişini elektrik cərəyanı vurub. Lent.az "Report"a istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında baş verib.
Rayonun Xurşud kənd sakini, 63 yaşlı Mahir Bəxtiyar oğlu Nəsirov kənddə quraşdırılmış transformatorun açarını qaldırmaq istəyərkən onu elektrik cərəyanı vurub. Mahir Nəsirov hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.