41
03:50
19 İyun 2016

Azərbaycanlı fanat qız Enrikenin qucağına tullandı

Bakıda keçirilən Formula-1 Avropa Qran-prisi çərçivəsində məşhur müğənni Enrike İqlesias möhtəşəm konsert proqramı ilə çıxış edib.

Lent.az -ın məlumatına görə, müğənninin çıxışı insidentsiz ötüşməyib. Belə ki, konsert zamanı ifaçının qız pərəstişkarlarından biri qəfil səhnəyə çıxıb və Enrikeyə doğru qaçaraq, onun qucağına tullanıb.



Mühafizəçilər qıza mane olmağa çalışıblar, lakin müğənni fanatını qucaqlayaraq onlardan geri çəkilmələrini xahiş edib.

Pərəstişkarı bir müddət sonra çətinliklə səhnədən uzaqlaşdırmaq mümkün olub.