52
19:15
18 İyun 2016

AÇ-2016: Belçika ilk qələbəsini 3 qolla qazandı

Bu gün Avropa çempionatının qrup mərhələsində daha 3 oyun keçiriləcək. Apasport.az saytının məlumatına görə, ilk olaraq Belçika ilə İrlandiya qarşılaşacaqlar.

Dünən oynanan matçda İsveçi məğlub edərək qrupdan çıxmağı təmin edən İtaliyadan sonra 1/8 finala yüksəlmək üçün hər iki komanda səfərbər olacaq. Qarşılaşmanın baş hakimi türkiyəli Cüneyt Çakırdı.

Günün ikinci matçında İslandiya və Macarıstan kimin kim olduğuna aydınlıq gətirəcək. Avstriya üzərində qələbədən sonra özünəinamı artan macarlar qalib gələcəkləri halda qrupdan çıxmağı böyük ölçüdə təmin etmiş olacaq.

Portuqaliya Avstriya oyunu da bu baxımdan maraqlı mübarizə vəd edir. Macarısana uduzaraq turnirə uğursuz start verən avstriyalılar Portuqaliya qarşısında xal və ya xallar axtarışında olacaqlar.