33
14:54
18 İyun 2016

Yolun kənarındakı 2 “KamAZ”-ı birdən vurdu - ölənlər var

İyunun 17-də saat 05 radələrində Sumqayıt şəhərində Zaqatala rayon sakini Ramazan Cumayev idarə etdiyi “MAN” markalı avtomobili yolun kənarında dayanmış “KamAZ” markalı 2 avtomobilə vurub. Lent.az -ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, “KamAZ” markalı avtomobillərdən birinin sürücüsü - Şabran rayon sakini Əjdər Əliyev hadisə yerində ölüb, digər sürücü isə xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Bundan başqa həmin gün saat 16 radələrində Şabran rayonunun Gəndob kəndində rayon sakini Atakişi Musayev idarə etdiyi “VAZ-21011” markalı avtomobili yolun kənarında dayanmış Abşeron rayon sakini Kənan Məmmədquliyevə məxsus “Hyundai” markalı avtomobilə vurub. Nəticədə A.Musayev və 2 sərnişini xəstəxanaya yerləşdirilib, onlardan Q.Bağırov orada ölüb.