46
02:40
18 İyun 2016

Bakıda Kris Braunun konserti oldu

2016-cı il Formula 1 Avropa Qran Prisi çərçivəsində dünya musiqisinin ən məşhur ulduzlarından biri Kris Braunun Bakıda konserti keçirilib.

Lent.az -ın “trend”-ə istinadən məlumatına görə, iyunun 17-də axşam saatlarında Kris Braun əyləncə proqramına start verildi.

Amerikalı müğənni, bəstəkar və rəqqas trekdə yarışın ilk günü sona çatdıqda, minlərlə Formula 1 azarkeşinin qarşısında özünün "Yeah3x", "Look At Me Now" və "Beautiful People" kimi məşhur hitlərini ifa edib.