27
21:11
17 İyun 2016

Ağdam və Saatlıda yanğın oldu

Ağdam və Saatlıda yanğın hadisəsi qeydə alınıb.

Lent.az -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Ağdam rayonu, Xındırıstan kəndində vətəndaşa məxsus "T-28" markalı traktorun qoşqusna yığılmış 3,6 ton ot bağlamasının 1,2 tonu yanıb. Traktor, qoşqu və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.

Saatlı rayonu, Nəsimikənd kəndində isə vətəndaşa məxsus ümumi sahəsi 110 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 78 kv.m sahədə və damına yığılmış 11 ton ot bağlamasının 7 tonu yanıb. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.

Hər iki halda yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.