22
21:16
16 İyun 2016

“Zaqulba” sanatoriyasının ərazisində yanğın olub

Bakıda yanğın hadisəsi qeydə alınıb. Lent.az -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Xəzər rayonunda Səhiyyə Nazirliyinə məxsus hazırda fəaliyyət göstərməyən “Zaqulba” sanatoriyasının ərazisində 16 ha sahədə quru ot və ağaclar yanıb. Sanatoriya binası yanğından mühafizə olunub.