40
18:14
16 İyun 2016

Emin Şəkinskinin yeni vəzifəyə təyin olunması təsdiqləndi - RƏSMİ

Daxili İşlər Nazirliyi (DİN) Emin Şəkinskinin yeni vəzifəyə təyinat alması xəbərini təsdiqləyib.

Nazirlikdən APA -ya verilən məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı əmrlə DİN Baş Cinayət Axtarış İdarəsinin rəisi, polis general-mayoru Emin Şəkinski tutduğu vəzifədən azad edilərək Nəqliyyatda Baş Polis İdarəsinin rəisi vəzifəsinə təyinat alıb. Onun yerinə isə hələlik təyinat yoxdur.

Nazirlikdən Nofəl Məhərrəmovun Nizami Rayon Polis İdarəsinin rəisi vəzifəsindən kənarlaşdırılması barədə məlumat isə təkzib olunub: “Bu məlumat yalandır, cənab nazir bu barədə hər hansı əmr imzalamayıb”.

Qeyd edək ki, bir neçə gün əvvəl Nəqliyyatda Baş Polis İdarəsinin rəisi polis general-mayoru Ceyhun Həsənov Penitensiar Xidmətin rəisi vəzifəsinə təyinat alıb.