58
15:19
16 İyun 2016

Qadın alverçisinin istəyi reallaşmadı

Bakı Apellyasiya Məhkəməsində insan alverində təqsirləndirilən İrina Qəmbərovanın birinci instansiya məhkəməsinin hökmündən verdiyi şikayət üzrə məhkəmə prosesi başa çatıb.

Lent.az -ın məlumatına görə, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Hakimlər kollegiyasının qərarına əsasən İ. Qəmbərovanın şikayəti təmin edilməyib.

Qeyd edək ki, İrina Qəmbərova İnsan Alveri Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. O, həmcinsləri cinsi istismara məruz qoyduğu ilə bağlı ittiham verilib və barəsində Cinayət Məcəlləsinin 144-cü( insan alveri) maddəsi ilə cinayət işi başlanılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İrina Qəmbərova 10 il müddətinə azadlıqdan məhrum edilib. Hökmlə razılaşmayan müdafiə tərəfi apellyasiya şikayəti verib.