22
15:04
16 İyun 2016

76 yaşlı qadın intihara cəhd edib - Bakıda

Bakıda intihara cəhd olub.

Nərimanov rayon Polis İdarəsindən APA -ya verilən məlumata görə, hadisə Ağa Nemətulla küçəsi ev 76, mənzil 21 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, 76 yaşlı Həcər Xanəli qızı Salamova özünü yaşadığı binanın 5-ci mərtəbəsindən atmaq istəyib. Kənar şəxslərin müdaxiləsi ilə cəhdin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.