43
11:24
16 İyun 2016

Ukraynada azərbaycanlıların yeni mərkəzi yaradılıb

Ukraynada Dünya Azərbaycanlılarının Beynəlxalq Koordinasiya Mərkəzi yaradılıb.

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporundan APA-ya verilən məlumata görə, mərkəzi ofisi Kiyev şəhərində yerləşəcək Dünya Azərbaycanlılarının Beynəlxalq Koordinasiya Mərkəzi (DABKM) Ukrayna Ədliyyə Nazirliyində qeydiyyatdan keçib.

Layihənin ideya müəllifi və rəhbəri Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) sədri Hikmət Cavadovdur. Koordinasiya Mərkəzi tam şəkildə fəaliyyətə başlayandan sonra H. Cavadovun UABD rəhbərliyindən istefa verəcəyi gözlənilir. Koordinasiya Mərkəzi dünyanın bir çox ölkələrində fəaliyyət göstərən diaspor təşkilatları ilə birgə fəaliyyət barədə razılıq əldə edib.

Koordinasiya Mərkəzinin yaydığı açıqlamada bildirilir ki, artıq bir çox təşkilatlar əməkdaşlığa razılıq verib.