61
17:48
30 Aprel 2016

Bakıda Nəqliyyatın Mübadilə Mərkəzi yaradıldı

Bakıda Nəqliyyatın Mübadilə Mərkəzi yaradılıb.

Lent.az -ın məlumatına görə, bu haqda jurnalistlərə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova danışıb.

Mətbuat sözcüsü qeyd edib ki, bəzi marşrut xətlərində həddindən çox sıx nəqliyyat hərəkəri müşahidə olunurdu. Və buna görə də, təhlükəsizlik baxımından çox ciddi problemlər vardı. Bu məqsədlə, "Koroğlu" metro stansiyası ətrafındakı sərnişin hərəkətində yaranan çətinlikləri, avtobus və taksilərin yaratdığı sıxlığı aradan qaldırmaq məqsədilə Nəqliyyatın Mübadilə Mərkəzi yaradılıb".