40
10:05
30 Aprel 2016

Ticarət obyektləri soyan cinayətkar dəstə yaxalanıb - İmişlidə

İmişli rayonunda oğurluqla məşğul olan 3 nəfərdən ibarət dəstə yaxalanıb.

İmişli rayon Polis Şöbəsindən APA -nın Mil-Muğan bürosuna verilən məlumata görə, bir müddətdir rayonun ticarət obyektlərindən və mənzillərdən oğurluq edən dəstə üzvləri saxlanılıb.

Keçirilən əməliyyat tədbirləri nəticəsində rayon sakinləri, 1990-cı il təvəllüdlü Mirzəyev Ceyhun Ağasəf oğlu, 1977-ci il təvəllüdlü Həsənov Rail Əliheydar oğlu və 1982-ci il təvəllüdlü Cəfərov Elşən Vaqif oğlu saxlanılaraq istintaqa cəlb edilib. Onların İmişli rayonunda 6 oğurluq, ətraf rayonlarda da bir neçə oğurluq hadisəsi törətdikləri məlum olub. Adı çəkilən şəxslər evlərdən və mağazalardan 8 min manatdan çox nağd pul, çoxlu sayda qızıl-zinət əşyaları, məişət əşyaları, ərzaq, siqaret, spirtli içkilər, mobil telefon konturları oğurlayıblar.

Faktla bağlı İmişli Polis Şöbəsində cinayət işi açılıb, dəstənin digər oğurluq hadisələrində iştirakının olub-olmaması araşdırılır.