40
13:14
29 Aprel 2016

Aydın Əliyev Yevlaxda qəbul keçirib

Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Şəki şəhərində Yevlax Gömrük İdarəsinin “Şəki” gömrük postunun inzibati binasında vətəndaşları qəbul edib.

Komitənin mətbuat xidmətindən Lent.az -a verilən məlumata görə, qəbulda bölgədə yerləşən - Şəki, Oğuz, Qəbələ rayonlarının və Mingəçevir şəhər sakinlərinin müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən işə qəbul, malların idxal və ixracı, bununla əlaqədar sənədləşmə qaydaları və digər gömrük məsələləri ilə bağlı olub.

Qəbul zamanı DGK sədri Aydın Əliyev hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlarını verib.

Vətəndaşların qaldırdıqları məsələlərin bir qismi yerindəcə həll olunub. DGK-nın səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə müvafiq orqanlara çatdırılmaq üçün qeydiyyata alınıb və nəzarətə götürülüb.