36
12:32
29 Aprel 2016

Ov tüfəngi ilə başına atəş açdı - Sabirabadda

Sabirabad rayonunda intihar hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Sabirabad rayonunun Bulduğ kənd sakini, 1983-cü il təvəllüdlü Məhərrəmov Ruhid Hafiz oğlu ötən gecə ov tüfəngi ilə başına atəş açaraq intihar edib. İntiharın hansı səbəbdən baş verdiyi məlum deyil.

Faktla bağlı Sabirabad rayon prokurorluğunda araşdırma aparılır.