53
11:32
29 Aprel 2016

Azərbaycanda vəzifəli şəxs dəhşətli qəza törətdi: 2 qadın öldü - YENİLƏNİB

Daxili İşlər Nazirliyi Naxçıvan Muxtar Respublikasında baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb. Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, aprelin 27-də saat 23 radələrində Naxçıvan şəhəri ərazisində şəhər sakini Məhərrəm Bağırov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən həmyerliləri Səkinə Abdullayevanı və Pərvanə Əliyevanı vurub. Xəstəxanaya yerləşdirilmiş S.Abdullayeva və P.Əliyeva aprelin 28-də orada ölüblər.

Naxçıvan ŞPİ tərəfindən araşdırma aparılır.

*****

10:25

Naxçıvan şəhərinin Qoçüstü məhəlləsində baş vermiş ağır qəzada ölən iki qadının ana və qızı olduğu məlum olub. Lent.az -ın əldə etdiyi məlumata görə, hadisəni törədən "Hyundai" markalı 85 CF 754 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Məhərrəm Bağırov Naxçıvan şəhər Təhsil Şöbəsində baş mühasib işləyir.

Faktla bağlı araşdırmalar aparılır.

*****

10:09

Naxçıvan Muxtar Respublikasında 2 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib. Lent.az -ın məlumatına görə, Naxçıvan şəhərinin Qoçüstü məhəlləsində "Hyundai" markalı 85 CF 754 dövlət qeydiyyat nişanlı avtomobil qadınları vurub. Nəticədə ağır xəsarətlər alan 63 və 34 yaşlı iki qadın vəfat edib.

Faktla bağlı Naxçıvan polisi araşdırma aparır.