35
06:12
29 Aprel 2016

Pan Qi Mundan Rusiya və ABŞ-a Suriyaya dair çağırış

BMT-nin baş katibi Pan Qi Mun Rusiya və ABŞ-ı Suriyadakı silahlı toqquşmaları dayandırmaq üçün münaqişə tərəflərinə təsir etməyə çağırıb.

APA -nın “Reuters”-ə istinadən verdiyi xəbərə görə, baş katib həmçinin Hələb şəhərindəki xəstəxanaya törədilən hücumun obyektiv araşdırılmasının vacibliyini qeyd edib.

Qeyd edək ki, xəstəxanaya hava zərbəsi nəticəsində 30-dək dinc sakin həlak olub.