53
19:48
28 Aprel 2016

Toni Adams Avropa Azərbaycan Məktəbinin qonağı olub - FOTO

“Qəbələ” İdman Klubunun futbol direktoru Toni Adams aprelin 28-də Avropa Azərbaycan Məktəbinin (AAM) qonağı olub.

AAM-dan APA -ya verilən məlumata görə, o, məktəbin hər iki tədris binasında təşkil edilmiş görüşlərdə şagirdlər və işçi heyətlə görüşüb.

Məktəbin direktoru Qrem Pollok dünya futbolunun canlı əfsanəsi haqqında şagirdlərə qısa məlumat verib.

Sonra şagirdlər uzun illər İngiltərə yığma komandasının və Londonun “Arsenal” klubunun şərəfini qorumuş məşhur futbol adamı haqqında kiçik videoçarxı izləyibər.

Daha sonra şagirdləri salamlayan Toni Adams onları maraqlandıran sualları cavablandırıb.

Ardınca “Qəbələ” İdman Klubunun kommersiya direktoru Mustafa Aztopal çıxış edərək klubun tanıdılıması istiqamətində Qəbələ şəhərinin məktəblərində aparılan işlər haqqında məlumat verib.

“Qəbələ” Klubu analoji addımı burada da ataraq hər bir məktəbliyə hədiyyələr təqdim edib, Toni Adams isə ona verilən ən yaxşı suala görə şagirdlərdən birinə özünün imzalı formasını bağışlayıb.

Sonda Toni Adams şagirdlərlə görüşdən məmnun qaldığını bildirib, onların futbola olan həvəsini yüksək qiymətləndirib və futbolda qazandığı uğurları görən məktəblilərin arzularını reallaşdırmaq üçün bundan sonra daha səylə çalışacaqlarına ümid etdiyini bildirib.

APA