53
19:03
28 Aprel 2016

Əfqanıstandakı sülhməramlılarımızın bir qrupu ölkəyə qayıdıb - FOTO

NATO-nun 2015-ci ilin yanvar ayından Əfqanıstan İslam Respublikasında həyata keçirdiyi yeni "Qətiyyətli Dəstək" qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 42 nəfərdən ibarət qrupu plana uyğun olaraq rotasiya qaydasında Bakıya qayıdıb.

Lent.az -ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 20 noyabr 2002-ci il tarixdən başlayıb. Hazırda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 94 nəfərdən ibarət hərbi qulluqçusu, o cümlədən 2 hərbi həkimi və 2 mühəndis-istehkam ixtisası üzrə zabiti Əfqanıstandakı missiyada iştirak edir.