67
16:41
28 Aprel 2016

Erməni artilleriyası Ağcabədiyə 100-dək mərmi atıb

Ötən gecə ermənilərin ağır artilleriyadan açdığı atəş nəticəsində Ağcabədi rayonuna 100-dək mərmi düşüb.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, bunu Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov deyib.

Mərmilərdən 50-nin Qaraxanlı kəndi ərazisinə düşdüyünü açıqlayan İH başçısı 35 həyətyanı sahəyə mərmi düşməsi nəticəsində 19 evin yararsız hala düşdüyünü deyib.

Həmin evlərdən biri tamilə yanıb.

Ş.Məmmədov bildirib ki, Ermənistan silahlı qüvvələri mülki əhalini hədəfə alıb: “Biz də vəziyyətin belə olduğunu görüb, əhalini atəş açılan nöqtədən uzaqlaşdırdıq, xoşbəxtlikdən xəsarət alan olmadı”.