42
17:02
27 Aprel 2016

259 ASAN könüllüsü TQDK-nın imtahanlarında nəzarətçi olacaq

TQDK-nın keçirdiyi imtahanlarda iştirak üçün ASAN xidmət tərəfindən Bakı şəhərində 5 mərkəz və Sumqayıt, Gəncə, Sabirabad, Bərdə mərkəzləri üzrə ümumilikdə 259 könüllünün siyahısı TQDK-ya təqdim olunub.

TQDK-nın mətbuat xidmətindən Lent.az -a verilən məlumata görə, məlumatlar elektron bazaya daxil edildikdən sonra növbəti mərhələlərdə könüllülərlə test imtahanlarının texnologiyası, imtahanların gedişinə dair prosedür qaydaları ilə bağlı seminar-məşğələlərin keçirilməsi, onların sınaq imtahanlarına cəlb edilməsi nəzərdə tutulur. ASAN könüllülər bu mərhələləri keçdikdən sonra qəbul və buraxılış imtahanlarına da cəlb olunacaqlar.

Qeyd edək ki, cari ilin yanvarın 30-da Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə ilə “ASAN School” könüllülük proqramının “İnnovativ idarəetmə” layihəsi çərçivəsində, keçirilən görüşdə “ASAN”xidmətin könüllülərinin TQDK-nın keçirdiyi imtahanlarda nəzarətçi kimi iştirakına qərar verilib.