47
17:03
27 Aprel 2016

Könül Kərimova: "Azı 4 kilo kökəlmişəm"

“Kökəldiyim üçün kompleks keçirirəm”. Bunu Lent.az -a açıqlamasında müğənni Könül Kərimova deyib. O bildirib ki, arıqlamaq arzusundadır:

“Bir ara çox yaxşı arıqlamışdım, özümü rahat hiss edirdim. Amma indi aşağısı 4 kilo kökəlmişəm. Bu da məni kompleksə salır, narahat oluram. Ona görə də çox şəkil çəkdirmirəm. Elə geyimlərdən istifadə edirəm ki, köklüyüm bilinməsin. Hazırda çəkimin nə qədər olduğunu demək istəmirəm. Amma qarşıma məqsəd qoymuşam ki, arıqlayacam və hər gün 1 kilo çəki atacam. Qarşıma məqsəd qoymuşamsa, buna nail olacam. Əvvəlki ölçülərimə qayıtmaq arzusundayam”.