47
14:54
27 Aprel 2016

“Ermənistana təzyiqləri artırmalıyıq” - İSESCO-nun baş katibi

“Ermənistan hər zaman çətin mövqe nümayiş etdirir. Onlar heç zaman BMT qətnamələrini yerinə yetirməyi qəbul etmirlər”.

APA -nın məlumatın görə, bu sözləri İSESCO-nun baş katibi Əbdüləziz Əl Tüveycri deyib. O bildirib ki, Ermənistan hər zaman təmas xəttində insident yaradaraq Azərbaycanı provokasiyaya çəkməyə çalışır: “İki həftə bundan əvvəl baş verən toqquşmalar Azərbaycan tərəfindən edilməyib. Bunu edən Ermənistandır. İSESCO bunu pisləyən bəyanatla çıxış etdi və Ermənistanı zorakılığı dayandırmağa çağırdı. Biz beynəlxalq ictimaiyyətə BMT-nin 4 qətnaməsini yerinə yetirməsi üçün Ermənistana təzyiq göstərmək çağırışı etdik. Məncə, beynəlxalq ictimaiyyət kifayət qədər iş görmür. Biz Ermənistana təzyiqləri artırmalı və münaqişənin keçmişi, həqiqətləri barədə dünyanı məlumatlandırmalıyıq. Bəzi insanlar Azərbaycanın qonşuluqda Ermənistanla düşmənçilik etdiyini düşünür. Amma bu, düzgün deyil. Reallıq budur ki, Ermənistan beynəlxalq hüquqa zidd gedərək və BMT TŞ-nin qətnamələrinə məhəl qoymayaraq Azərbaycanın 20 faiz torpaqlarının işğalını davam etdirir”.

APA