31
13:05
27 Aprel 2016

Bakıda ağır qəza: ölən var - YENİLƏNİB

Daxili İşlər Nazirliyi Qaradağ rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb. Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, aprelin 26-da saat 08 radələrində Qaradağ rayonu ərazisində Şirvan şəhər sakini Asəf Əzizov idarə etdiyi “QAZ-24” markalı avtomobillə yolun kənarında dayanmış Hacıqabul rayon sakini Rais Nəzərova məxsus “VAZ-21154” markalı avtomobili və bu zaman avtomobildən düşən sərnişin Mahir Quliyevi vurub. Xəstəxanaya yerləşdirilmiş M.Quliyev orada ölüb.

BDYPİ tərəfindən araşdırma aparılır.

*****

10:13

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. Lent.az -ın məlumatına görə, Qaradağ rayonu ərazisində, Bakı-Qazax magistralının 23-cü kilometrliyində "QAZ 24" markalı minik avtomobili 29 yaşlı piyadanı vurub. İdarəetmədən çıxan avtomobil daha sonra "VAZ 21015" markalı avtomobilə çırpılıb.

Ağır xəsarət alan 29 yaşlı oğlan hadisə yerində vəfat edib.

Faktla bağlıa raşdırmalar aparılır.